"Azərbaycan və Rusiya Samur çayı üzərində yeni körpünün salınması ilə bağlı uzun müddətdir ki, danışır. Bu məsələdə uduzuruq. Halbuki bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinə maraq var.

Unikal.org xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi İqor Levetin Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında insanların rahat hərəkəti, yüklərin tez daşınması təmin olunmalıdır: "Sərnişinlər və yüksək sərhəd-keçid məntəqələrində saxlanılmamalıdır. Bunun üçün rəqəmsallaşma çox vacibdir.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, Samur çayı üzərindəki yeni körpü layihənin reallaşdırılması ilə hazırda aktiv iş gedir: "Müvafiq infrastruktur hazırlanır. Körpü 1 ilə hazır olacaq.