Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev  Məmməd Xasıyevə nazirlikdə vəzifə verib.

Unikal.org-un əldə etdiyi məlumata görə, S.Babayevin müvafiq əmri ilə Məmməd Xasıyev Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri vəzifəsinə təyin edilib.

Sözügedən xəbəri Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin mətbuat katibi Fazil Talıblı təsdiqləyib.

Qeyd edək ki, M.Xasıyev bundan əvvəl Ekspertiza və Reablitasiya Xidmətinin rəis müavini, vəzifəsində çalışıb.

Zaura Əmirova