Nazirlər Kabineti 2011-ci il 5 iyul tarixli qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.

Unikal.org-un məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na əlavə olunub.