Keçmiş "Texnikabank ASC-nin Atatürk prospekti, 1107 saylı ünvanında ("Gənclik metro stansiyasının yaxınlığında) yerləşən baş ofisinin binasında "ASAN Kommunal mərkəzi fəaliyyətə başlayacaq.

Unikal.org-un əldə etdiyi məlumata görə, Nərimanov rayonu, Oqtay Kərimov küçəsində yerləşən binada təmir-bərpa işlərinə başlanılıb. Təmir işlərinin yaxın aylarda yekunlaşacağı gözlənilir.

Mərkəzdə "Azərişıq" ASC, "Azərsu" ASC, "Azəriqaz" İB tərəfindən müxtəlif növ xidmətlər göstəriləcək.

Təmir işlərini aparan "Consol Group"dan sözügedən məlumatı Unikal.org-a təsdiqləyiblər.

Famil Fərhadoğlu