"Realın futbolçusu Marko Asensio Kriştiano Ronaldo getdikdən sonra boş qalan 7 nömrəli formanı geyinmək istəməyib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə "Real rəhbərliyinin Ronaldonun formasını ilk olaraq Marko Asensioya təklif etdiyi qeyd olunub. Lakin ispan futbolçu təzyiq altında oynamaq istəmədiyini bildirərək, 20 nömrəli forma ilə davam etmək istədiyini klub rəhbərliyinə deyib. Bundan sonra 7 nömrəli forma yeni transfer Mariano Diasa verilib. Dias 21 milyon avro qarşılığında "Liondan transfer edilib.

Asensio bu mövsüm "Realın heyətində çıxdığı 4 qarşılaşmada 5 məhsuldar ötürmə edib.

Ronaldo yay transfer pəncərəsində 105 milyon avro qarşılığında "Yuventus"a transfer olunub.