UEFA-nın mənzil-qərargahının yerləşdiyi Nyon şəhərində Avropanın məşhur məşqçilərinin görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə bəzi qaydalarla bağlı müzakirələr də aparılıb. Məşqçilər UEFA-ya tövsiyə ediblər ki, "səfər qolu üstünlüyü ləğv olunsun. Mütəxəssislər hesab edirlər ki, indi səfərdə qol vurmaq o qədər də çətin deyil. Üstəlik, səfərdə qol vurub sərfəli nəticə qazanan komanda doğma meydanda hücum etmək haqda yox, nəticəni qorumaq barədə düşünür.

UEFA-dan bildirilib ki, bu təklif müzakirəyə çıxarılacaq.

Nyondakı görüşdə Massimiliano Alleqri, Karlo Ançelotti, Unai Emeri, Paulo Fonseko, Xuan Lopeteqi, Joze Mourinyo, Şenol Günəş, Tomas Tuxel, Arsen Venger kimi məşqçilər iştirak ediblər.

"Səfər qolu üstünlüyündən ilk dəfə 1965-ci ildə istifadə olunmağa başlanılıb