"Liverpulun qolkiperi Alisson Bekker "Lesterlə qarşılaşmada buraxdığı qol haqda fikirlərini bildirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı qolkiper matçdan sonra açıqlamasında bunları deyib:

"Oyunu görməklə əlaqəli bir səhv deyildi. Sadəcə, pis ötürmə qəbul etdim. Paltardəyişmə otağında da bunu müzakirə etmişik. Səhvlərimizdən dərs çıxarmalıyıq. Bir səhvi ikinci dəfə təkrarlayacaq qədər axmaq deyiləm.

"Liverpul" Bekkeri 75 milyon avro qarşılığında "Roma"dan transfer edib.

"Qırmızılar" İngiltərə Premyer Liqasının 4-cü turundə səfərdə "Lesteri 2:1 hesabıyla məğlub edib.