Əmək və əhalinin sosial müadfiəsi naziri Sahil Babayev növbəti dəfə kadr dəyişikliyi edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazir sosial təminat siyasəti şöbəsinin müdiri Fuad Hüseynovu tutduğu vəzifədən azad edib. O, nazirlikdə ən gənc kadrlardan biri idi. F.Hüseynovun yerinə isə Himalay Məmişov təyin olunub. 

Qeyd edək ki, vəzifədən azad olunan F.Hüseynov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin sabiq rəis müavini, polkovnik Ramiz Hüseynovun oğludur.