Türkiyəli mütəxəssislərin araşdırmasından bəlli olub ki, həddən artıq stress, yüksək təzyiq burun qanamasına səbəb ola bilər.

Unikal.org xəbər verir ki, qorxu, kədər kimi hisslər də orqanizmə təsir edib, burun qanaması halını daha da artıra bilər. Beyniniz yorulubsa, bu hal qaçılmazdır. Çünki bu durumlarda qan-damar sistemində tıxanıqlıq və bir sıra digər problemlər yarana bilər.

Həmçinin uşaqlarda burun qanamasının əsas səbəbi alergiya ilə də bağlı ola bilər. Çünki alergiya zamanı ən çox burun qaşınır. Bu isə damarları qıcıqlandırır və qanaxmaya səbəb olur.

Burnunuzdan mütəmadi qan gəlirsə, bu yüksək təzyiqdən də xəbər verə bilər.(publika.az)