Türkiyənin CHP (Cumhuriyyət Xalq Partiyası) lideri Kamal Kılıcdaroğlu dəfn mərasimində yumurta atəşinə tutulub.

Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, CHP lideri Ankara Kocatəpə Məscidində iki şəhidin cənazə mərasiminə qatılıb.

Mərasimdə bəzi vətəndaşlar Kılıcdaroğluna yumurta ilə etiraz ediblər. Hadisə nəticəsində 1 nəfər saxlanılıb.

Kılıcdaroğlu isə "Kimsə bizim şəhid cənazələrinə qatılmağımızın qarşısını ala bilməz" deyib.