Sabah Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr yaranacaq.

"Azərişıq ASC-dən Unikal.org-a verilən məlumata görə, Səhmdar Cəmiyyətə məxsus 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində iyulun 25-27-də elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.