Azərbaycanda ağacın kölgəsində əyləşmək istəyən ərəbdən pul tələb edilib.  Unikal.org-un  məlumatına görə, hadisə Quba rayonunun Qəçreş kəndində baş verib. Bununla bağlı video sosial şəbəkədə yayılıb. 

Həmin əraziyə səfər edən ərəblər dincəlmək üçün yol kənarında dayanıb və ağacın kölgəsində əyləşmək istəyiblər.  Onlara samovar çayı satan gənc ağacın kölgəsinə görə də 5 manat pul tələb edib. Ərəblərdən biri ağacı Allahın yaratdığını desə də gənc istəyinə nail olub.  

Gənc ona belə cavab verib: "Ağacı Allah yaradıb, amma buraya mən baxıram. Beş manat verməlisən.