Azərbaycanda bu həftə üçün istirahət günlərinin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən unikal.org-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq. Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçsə də, axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.

Paytaxtda yaxın 2 gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-32 dərəcə isti təşkil edəcək.