Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 22 iyul Milli Mətbuat Günü ilə bağlı bir qrup jurnalistlə görüş keçirilib.

Unikal.org-un məlumatına görə, görüşdə nazirliyin rəhbər şəxsləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak edib.

ETSN-in Aparat rəhbəri Vüqar Kərimov jurnalistlər peşə bayramları münasibətilə təbrik edib, nazirliyin KİV-lə olan əməkdaşlığından danışıb. O bildirib ki, nazirlik media ilə sıx və məhsuldar əlaqələrə hər zaman əhəmiyyət verib və bu proses davamlı olacaq: "Azərbaycan mətbuatı mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.

Tədbirin sonunda nazirlik tərəfindən bir qrup jurnalist mükafatlandırılıb.