Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən "Saray postuna kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Unikal.org-un Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, rənglənmə işləri axşam saatlarına qədəryekunlaşdırılacaq.

Anoloji işlər bu gün axşam saat 23:00-dan etibarən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun "Xırdalan dairəsindən "Şamaxı yolu adlanan əraziyə qədər olan hissəsində də aparılacaq. Burda rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.