İyulun 2-dən başlayan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu iyulun 8-də yekunlaşıb.

Təhsil Nazirliyindən unikal.org-a verilən məlumata görə, rekord sayda - 50 min 697 nəfər müəllim olmaq olmaq istəyən şəxs miq.edu.az saytında qeydiyyatdan keçib.