Bakıda sərnişin avtobusu ölümlə nəticələnən yol qəzası törədib.
 
Binəqədi rayonu ərazisində, Mehdiabada gedən yolda 10 TG 551 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yolu keçmək istəyən kişini vurub. Ağır xəsarət almış 46 yaşlı piyada xəstəxanaya aparılsa da, keçinib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Lent.az)