Azərbaycanın "Silkway" aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində sağ qalanlar Ukrayna vətəndaşlarıdır.
 
"mk.ru" saytına istinadən verdiyi xəbərə görə, onlardan ikisinin də vəziyəti ağırdır.
 
Qeyd edək ki, mayın 18-də "Silkway" şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
 
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.
 
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.
 
Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.(APA)