ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayına planlaşdırılan növbəti görüşündən müsbət nəticələr və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllini gözləyir.
Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib.
"Prezidentlərin iyun ayına təyin olunan görüşü nikbinlik doğurur", - deyə səfir qeyd edib.
Millz həm həmsədrlərin, həm də ABŞ hökumətinin adından ümid etdiyini bildirib ki, "bu görüş müsbət nəticələr verəcək və Qarabağ münaqişəsinin hərtərəfli həllinə gətirib çıxaracaq".