Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, təyyarə pilotlarının yaxınlarının verdiyi məlumata görə, qəza bir neçə saat öncə "AN-12" tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra baş verib.
Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib. Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir.