İyunun 30-da Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə Nərimanov rayon İcra Hakimiyyətində tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib.

Rayon Prokuroru Vüqar Əliyev və Rayon Ağsaqqallar Şurasının üzvü Həmid Cəfərov cıxış edərək Azərbaycan Polisinin dövlətçilik və ictimai asayişin qorunmasındakı rolundan danışıblar.

Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına İcra Hakimiyyətinin "Fəxri fərman və hədiyyələri təqdim edilib.