"Azersky peykiylə Ermənistan Silahlı Qüvvələrinin Ağdamda törətdiyi yanğınların monitorinqi aparılıb."Azərkosmos ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə  idarəçilində olan "Azersky peyki vasitəsilə Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində son günlər törədilmiş yanğınların monitorinqini aparıb.

Unikal.org  "Azərkosmos ASC-nin saytına istinadən xəbər verir ki, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində baş verib.

İyunun 29-da Ağdam rayonunun işğal altında olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Yanğınların monitorinqi hazırda davam etdirilir.