Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda başlayan yanğın əraziyə dərhal cəlb olunan yanğısöndürən maşın və canlı qüvvə vasitəsilə söndürülüb.

xxx

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda yanğın başlayıb.

Unikal.org trend-ə istinadən xəbər verir ki, əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub.

Həyətdə saxlanılan avtomobillər səbəbindən yanğınsöndürən maşınlar əraziyə yaxınlaşa bilmir.

Binanın 1-ci mərtəbəsi üçün təhlükə yaranıb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.