Sumqayıtda iki minik avtomobili toqquşub.

Unikal.org-un report-a  istinadən məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində baş verib.

Qəza nəticəsində 1955-ci il təvəllüdlü Məmmədov Əlikərəm Həbib oğlu, onunla eyni avtomobildə olan oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Azər Əlikərəm oğlu və qardaşı oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Əlislam oğlu ağır xəsarətlər alıblar.

Hər 3 yaralı xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.