Sumqayıt şəhərində 64 yaşlı kişi üçüncü mərtəbədən yıxılıb.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə şəhərin 48-ci məhəllə ev 2 ünvanında qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Əliyev Əkrəm İbrahim oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. O, yaxınları tərəfindən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.