Metroda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun "Koroğlu stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.