Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb. 

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əhmədvəliyeva Roza Nurislamovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.