"TANAP-ın digər bölgələrin də enerji təhlükəsizliyinə töhfə verəcəyinə inanıram. Bu layihə ilə Cənub-Şərqi Avropada vacib addım atılıb. Avropanın bu sahəsində enerji təhlükəsizliyini qarantiya altına alırıq. Bütün bunlar işbirliyimizə töhfə verəcək.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində çıxışında bildirib.

O bildirib ki, Serbiya bu kimi layihələrə qatılmağa böyük maraq göstərən ölkədir: "Enerji axınının davamlılığı tək Serbiya deyil, bu bölgənin enerji təhlükəsizliyi baxımından çox önəmlidir.