Azərbaycan prezidenti İlham Əliyev Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək.

Unikal.org-un məlumatına görə, bu barədə RİA "Novosti" Prezident Administrasiyasındakı mənbəyə istinadən xəbər yayıb.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimi iyunun 14-də "Lujniki stadionunda keçiriləcək.

Açılış mərasimi Rusiya və Səudiyyə Ərəbistanı yığmalarının qarşılamasından öncə baş tutacaq.

Mərasiminə bir neçə ölkənin liderləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı gözlənilir.