İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.

Bu barədə unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanı bu toplantıda müdafiə naziri general-polkovnikZakir Həsənovtəmsil edəcək.

Toplantıda NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.