Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan şəhərinə səfərə gedib.

Unikal.org xəbər verir ki, əvvəlcə dövlət başçısı ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dövlətn başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.