Prezident İlham Əliyev iyunun 5-də Goranboy şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısı Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə prezidentə məlumat verib. Bildirilib ki, Heydər Əliyevin adını daşıyan parkda rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.