İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycana səfərə gəlib.

İranın Azərbaycandakı səfirliyindən Unikal.org-a verilən məlumata görə, səfər zamanı M.Vaezinin Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Novruz Məmmədov və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü nəzərdə tutulur.

Birgünlük səfər zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.