Avropa Liqasında final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşib.

Unikal.org   xəbər verir ki, Lion şəhərində baş tutan həlledici görüşdə Fransa "Marseli ilə İspaniya "Atletikosu üz-üzə gəlib.

Görüş ispanların asan qələbəsi ilə yekunlaşıb. Madrid klubu 3 cavabsız qolla kuboka sahib olub.