Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) arasında görüş başlayıb.

Unikal.org-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də qatıldığı görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.