Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinə Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik kanalının tikintisinin mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.

Unikal.org xəbər verir ki, bu təkliflə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Soçidə qurumun iclası zamanı çıxış edib.

Qazaxıstan prezidenti bildirib ki, hər iki dənizi birləşdirəcək "Avrasiya kanalı perspektivli layihələrdən ola bilər.

Bundan başqa, N.Nazarbayev Rusiya və Qazaxıstan ərazisindən keçəcək "Avrasiya avtomagistralının tikilməsi təklifi ilə də çıxış edib.(trend)