Türkiyədə xəstəxanaların birində tragikomik hadisə yaşanıb. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya şəhərində özəl xəstəxanada filmlərdə olan hadisə qeydə alınıb. Xəstəlik sənədlərinin qarışması nəticəsində xəstələrin əməliyyatları dəyişik düşüb. Xəstələrdən biri öd kisəsi yerinə burun əməliyyatı olunub. Burun tıxanıqlığı şikayətiylə gələn isə öd kisəsindən əməliyyat edilib. Xəstələr hadisəylə bağlı məhkəməyə müraciət edib. Öd kisəsi əməliyyat olunan  xəstəyə məhkəmənin qərarıyla xəstəxana tərəfindən  27 min 220 türk lirəsi təzminat  ödəniləcək