Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin həyat yoldaşı prezident seçkilərində səs verib.

Unikal.org-un məlumatına görə, Qalina Mehdiyeva 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Xatırladaq ki, bu məntəqənin seçici siyahısında 1 307 nəfərin adı var. Səsvermə başlayandan, təqribən, 500-ə yaxın seçici səs verib.