Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org   xəbər verir ki, sərəncamda deyilir:  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq  qərara alıram.

Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə ordeni ilə

Əliyev Zaur Aydın oğlu - polkovnik

Hacıyev Bəxtiyar Zabil oğlu - ədliyyə polkovniki

"Vətən uğrunda medalı ilə

Ramazanov Rafiq Sultan oğlu - polkovnik

Hüseynov İlqar Yavər oğlu - polkovnik

Yaqubov Fəqan Vaqif oğlu - polkovnik-leytenant

Camalxanov Zaur Vəli oğlu - polkovnik-leytenant

Məmmədquliyev Əli Şüceyib oğlu - mayor

"İgidliyə görə medalı ilə

Qasımov Məmməd Fərman oğlu - polkovnik-leytenant

Cavadov Hüseyn Yaqub oğlu - polkovnik-leytenant

Əzimov Əzim Yaqub oğlu - leytenant

"Hərbi xidmətlərə görə medalı ilə

Abdulov İlqar Yaşar oğlu - polkovnik-leytenant

Bəşirov Coşqun Şərif oğlu - polkovnik-leytenant

Əliyev Samir Qadir oğlu - ədliyyə polkovnik-leytenantı

Paşayev Qənimət Əliheydər oğlu - mayor

Hacıyev Ramil Kamil oğlu - mayor

Həşimov Mirələm Ağamir oğlu - mayor

Ələskərov Kazım Faiq oğlu - mayor

Zeynalov Vüsal Nayib oğlu - kapitan

Qəmbərli Kamal Müşviq oğlu - baş leytenant.