Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.

Unikal.org xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 2 radələrində baş verib. Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı "İnfiniti markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra ışıq dirəyini yerindən qoparaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.

İ. Həsənov ağır zərbədən heç bir xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir.

Qeyd edək ki, məmur oğlu hazırda heç bir yerdə işləmir. Əvvəllər polis sistemində çalışıb