Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunda qeydə alınıb. "VAZ 21 07" markalı avtomaşın velosipedçini vurub. Ağır bədən xəsarətləri alan Xudat şəhər sakini, 1952-ci il təvəllüdlü Cəbrayılov Ağadayı Vəliyulla oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.