Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Gürməzli kəndində baş verib. Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza zamanı xəsarət almış Qazax rayon sakini, 1952-ci il təvəllüdlü Əliyeva Sədaqət İbrahim qızının vəziyyəti ağır olduğu bildirilir.