Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un  apa-ya verdiyi məlumata görə, hadisə rayonun Əyyublu kəndi ərazisində qeydə alınıb. "VAZ 21015 markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən kənd sakini, 40 yaşlı Vasif Fətullayevi vurub. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.