Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. "Niva və "Mercedes markalı avtomobillərinin toqquşması nəticəsində "Nivanın sərnişini Gədəbəy rayon sakini 1955-ci il təvəllüdlü Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Bundan başqa "Nivanın sürücüsü, həmçinin "Mercedesdə olan 3 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan bir nəfərin vəziyyəti ağır, 2 nəfərin - orta ağır, bir nəfərin isə normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub.