Bakıda mikroavtobus aşıb.

Unikal.org xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Ramana-Maştağa yolunda qeydə alınıb. Mikroavtobus minik avtomobili ilə toqquşaraq aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir.

3 saylı şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan üç nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan biri orta yaşlı qadın, ikisi isə uşaqdır.
Faktla bağlı araşdırma aparılır.