Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada ölən və yaralananların adları açıqlanıb. 

Unikal.org xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları - Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Polisdən həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Fotoda Mehdi Əliyevdir: