Bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində qəzaya uğrayan "Mercedes Galendevagen baş nazirin müavini Əli Həsənova məxsusdur.

Unikal.org xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı baş nazir mavininin nəvəsinin sürücüsü Mehdi Əliyev həlak olub.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən "Mercedes Galendewagen avtomobili "10 PP 203dövlət nömrə nişanlı olub və həmin vaxt baş nazirin müavini Əli Həsənovun nəvəsi Nahid Allahverdiyev də maşında olub. O, qəza nəticəsində ağır bədən xəsarətləri alıb. Hadisə baş verən kimi Həsənovun nəvəsi maşından təcili çıxarılaraq aparılıb.

 N. Allahverdiyev Əli Həsənovun qız nəvəsidir.

 Qəzaya düşən  avtomobilin fotolarını təqdim edirik.