Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Unikal.org xəbər verir ki, qəza nəticəsində "Mercedes Gelandewagen markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

"Mercedes Gelandewagenin sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, hadisə zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nahid Allahverdiyevin maşında olması və dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.

Məlumat üçün bildirək ki, N.Allahverdiyev Əli Həsənovun qız  nəvəsidir.