Xəbər verdiyimiz kimi, Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Unikal.org xəbər verir ki, bu gün axşam saatlarında Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli avtomobil qəzası barədə "Report" bəzi detallar əldə edib.

Qəza zamanı "Gelandewagen" avtomobilində həlak olan şəxslərdən biri Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir.