Neftçalada bir nəfər dənizdə batıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.